Ermənistanın yeni Konstitusiyasında ziddiyyətli məntiqə görə Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində deyib.
“Bəli, yeni Konstitusiya Müstəqillik Bəyannaməsinə istinad etməməlidir. Sizə səbəbini deyəcəyəm: çünki Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub. Biz münaqişə məntiqinə əsaslanaraq müstəqil dövlət qura bilmərik”, - bildirib.
Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında müvafiq düzəlişin olunmasını tələb edib.