RU

"Apple" Çində "App Store" komissiyalarını azaldacaq

Bakı. Trend:

"Apple" şirkəti 15 mart 2026-cı ildən etibarən Çində "AppStore"da tətbiqdaxili alış-verişlər üzrə komissiyalarıazaldacaq.

Trend xəbər verirki, bu barədə “Xinhua” məlumat yayıb.

Məlumata görə, Çin tənzimləyiciləri ilə "Apple" arasında müvafiqrazılaşma əldə olunub. Yeni şərtlərə əsasən, tətbiqdaxilialış-verişlər və pullu tətbiqlər üçün standart komissiya 30%-dən25%-ə endiriləcək.

"Apple" bütün tərtibatçılar üçün ədalətli və şəffaf mühitinqorunmasına sadiq olduğunu bildirərək, Çində tətbiqlər yayantərtibatçılara digər bazarlardakı ümumi ödəniş səviyyəsinə uyğunrəqabətli "App Store" haqları təklif edəcəyini vurğulayıb.

Избранный
35
az.trend.az

1Источники