RU

Azərbaycan memarlıq ənənələri - müasir çağırışlar

Yardımlıda rayon icra hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində tədbir keçirilmişdir. 

RİH başçısının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Miramil Səmədlinin, YAP rayon təşkilatının sədri Anar Alışovun, aparatın məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərlərinin, RİH başçısının İƏD üzrə nümayəndələri və bələdiyyə sədrlərinin qatıldığı tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirələrinin yad edilməsi ilə başlamışdır.

Çıxış edənlər bildirmişlər   ki, Azərbaycan memarlığının inkişafında Ulu Öndər  Heydər Əliyevin rolu əvəzsizdir. Onun təşəbbüsü  əsasında  memarlıq sahəsində strateji yanaşmalar formalaşmış, tarixi abidələrin qorunması, şəhərsalmanın müasir tələblərə uyğun təşkili və regionların memarlıq inkişafı prioritet istiqamət kimi müəyyən olunmuşdur. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin 2026-cı ili "Şəhərsalma və Memarlıq İli" elan etməsinin ölkənin tikinti sektorunda yeni inkişaf mərhələsi yaratdığı, şəhər mədəniyyətinin inkişafına və memarlıq irsinin qorunmasına yüksək diqqətin göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin tətbiqi, genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, infrastrukturun müasir tələblər əsasında yenidən qurulması və ərazilərin sürətli dirçəldilməsi bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyinin əyani təzahürüdür. 

Tədbir Ümummilli Liderin ömür yolunu özündə əks etdirən fotoeksponatlara və Azərbaycan memarlıq nümunələrini əks etdirən kitablardan ibarət sərgiyə baxışı ilə sona çatmışdır.

Zəfər ORUCOÜLU

Избранный
41
azerbaijan-news.az

1Источники