RU

BTQ sikh icmasına qarşı həyata keçirilən təqiblərlə bağlı hesabatı təqdim edib

Bakı. Trend:

Bakı Təşəbbüs Qrupu (BTQ) və Sikh Federasiyası Cenevrə MətbuatKlubunda Hindistan hökuməti tərəfindən sikh icması və digər etnikqruplara qarşı həyata keçirilən transmilli təqibləri özündə əksetdirən “Indian Transnational Repression” adlı hesabatı təqdimedib.

Bu barədə Trend-ə Bakı Təşəbbüs Qrupundan məlumat verilib.

Bildirilib ki, təqdimat mərasimində Cenevrə Mətbuat Klubunun başdirektoru, o cümlədən beynəlxalq hüquq üzrə mütəxəssislər, insanhüquqları müdafiəçiləri və dünyanın aparıcı media qurumlarındanolan BBC və AFP, həmçinin digər media nümayəndələri iştirakedib.

58 səhifəlik hesabat faktlar əsasında Hindistan hökumətininxarici ölkələrdə yaşayan sikh fəallarına və diaspor nümayəndələrinəqarşı həyata keçirdiyi sistemli təzyiq mexanizmlərini təqdim edir.Hesabatda vurğulanır ki, Hindistan hakimiyyəti xaricdəki tənqidisəsləri susdurmaq üçün zorakılıq, izləmə, hədə-qorxu gəlmə, təhdidvə digər siyasi təqib vasitələrindən istifadə edir.

Təqiblərə məruz qalmış sikh nümayəndələri şəxsi təcrübələrinibölüşərək Hindistan hökumətinin uzunmüddətli və məqsədli basqısiyasətini praktiki misallarla izah ediblər. Hazırkı Hindistanhökuməti üçün istənilən fərqli düşüncənin düşmənçilik kimi qəbuledildiyi və cəzalandırılmasına çalışıldığı xüsusi vurğulanıb.Hindistanın bu siyasi xətti qorxu və vahimə yaratmağa hesablanmıştəzyiq modelidir.

Sənəddə yer alan ən sarsıdıcı nümunələrdən biri 18 iyun 2023-cüildə Kanadada Hardeep Singh Nijjarın qətlə yetirilməsi iləbağlıdır. Hesabatda bildirilir ki, Nijjar bundan əvvəl Kanadatəhlükəsizlik qurumları tərəfindən həyatına real təhlükə olduğubarədə xəbərdar edilmişdi. Qətldən sonra Kanadanın Baş naziriHindistan hökumətinin bu qətldə rolu olduğunu bəyan edib. Hesabatdahəmçinin Hindistan diplomatlarının Kanada və digər ölkələrdə sikhfəallarına qarşı zorakılıq, hədə-qorxu və qorxu atmosferi yaratmaqməqsədi daşıyan fəaliyyətlərinə geniş yer verilir.

Bundan əlavə hesabatda göstərilir ki, 2023-cü ilin noyabrındaABŞ Ədliyyə Nazirliyi sikh fəalı Gurpatwant Singh Pannununöldürülməsi planı ilə bağlı ittiham irəli sürüb. Bu planHindistanın təhlükəsizlik və kəşfiyyat strukturları iləəlaqələndirilən şəxslər vasitəsilə hazırlanıb. Bu xüsusda, sənəddəbu işdə adı keçən vasitəçi Nikhil Guptanın muzdlu qətl və çirklipulların yuyulması ilə bağlı ittihamlar üzrə özünü təqsirli bildiyivurğulanır.

Hesabat Böyük Britaniyada da sikh fəallarına qarşı təzyiqlərinartdığını göstərir. Qeyd edilir ki, Londonda Hindistanın AliKomissarlığı qarşısında keçirilən etirazlardan sonra HindistanınMilli İstintaq Agentliyi ilə əlaqələndirilən addımlarintensivləşib. Böyük Britaniyada yaşayan onlarla sikh dissidentininHindistandakı evlərində reydlər keçirilib, onların yaxınlarıistintaqa cəlb olunub. Hesabatda bu addımların xaricdəki fəallarısusdurmaq üçün ailələr üzərindən qurulan təzyiq mexanizminin tərkibhissəsi olduğu bildirilir.

Hindistan hökumətinin sözügedən siyasətinin ən sonnümunələrindən biri BTQ-nin bu ilin yanvar ayında sinqhlərinədalətli mübarizəsinə dəstək məqsədilə təşkil etdiyi “Hindistandasinqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq:mövcud reallıqlar” adlı beynəlxalq konfransdan sonra müşahidəolunub. Belə ki, tədbirin ardınca Kanada Sikh Federasiyasının sədriBual Moninder Singh və onun ailəsi ölüm təhdidləri alıb.

Tədbir iştirakçıları Hindistan hökumətinin transmilli repressiyasiyasətinin ifşasında və təqiblərin beynəlxalq ictimaiyyətindiqqətinə çatdırılmasında oynadığı fəal rola görə Bakı TəşəbbüsQrupuna xüsusi təşəkkürlərini bildiriblər. Vurğulanıb ki, BTQ-ninprinsipial mövqeyi və ardıcıl fəaliyyəti insan hüquqlarının kobudşəkildə pozulmasına qarşı beynəlxalq mübarizəyə mühüm töhfələrverir.

Maraqlıdır ki, müxtəlif platformalar üzərindən canlı yayımlananmətbuat konfransı kiber hücumlara məruz qalıb və canlı yayımdəfələrlə kəsilib, tədbir məkanında internet kəsilib.

Избранный
36
13
az.trend.az

10Источники