RU

Azərbaycanda orta maaş 90 qəpik artıb

Marja.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dövlət Statistika Komitəsi ölkədə muzdla çalışan işçilərin sayı və əməkhaqqı barədə məlumatları açıqlayıb.

Qeyd edilib ki, 2026-cı il fevralın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 782 min nəfər olmuş, onlardan 861,4 min nəfəri dövlət sektorunda, 920,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi təhsil, 13,8 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2026-cı ilin yanvar ayında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 faiz və ya 40,9manat artaraq 1103,8 manat təşkil etmişdir.

Xatırladaq ki, 2025-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 9,3 faiz artaraq 1102,9 manat təşkil etmişdi.

2025-ci ilin yanvar ayında isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,8 faiz artaraq 1062,9 manat təşkil etmişdi.

İş elanları AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
27
marja.az

10Источники