RU

Bəzi ölkələrdə inklüzivlik və dayanıqlılıq problemləri var - UNESCO rəsmisi

Bakı. Trend:

Təşkilatımız vasitəsilə şəhər inkişafında inklüzivliyin vədayanıqlılığın təmin olunmasına çalışırıq. Bu gün dünyanın bəziölkələrində bu istiqamətdə ciddi çatışmazlıqlar müşahidə olunur vəbu, problemin nə qədər mürəkkəb olduğunu göstərir.

Trend xəbərverir ki, bunu UNESCO-nun İnklüziv və Davamlı Şəhərlər üzrəBeynəlxalq Koalisiyasının sədri, Avropa Şəhərlərinin İrqçiliyəQarşı Koalisiyasının prezidenti Benedetto Zacchiroli bu gün BakıdaXIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Mənzil sahəsindəqlobal əməkdaşlıq – WUF13 üçün perspektivlər" adlı panelmüzakirələrində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyət göstərir ki, bu sahədəvahid və universal həll modeli yoxdur. Buna görə də müxtəlifsəviyyələrdə fəaliyyət göstərən şəbəkələr çevik olmalı və ehtiyacyaranan zaman effektiv dəstək verə bilməlidirlər:

"Məsələn, Taylandda həyata keçirilən şəhərsalma proqramı 90 minailəni əhatə edir və qeyri-rəsmi icmalarda yaşayan 1500 ailə üçünmənzillərin əldə edilməsi imkanını yaradır. Bu kimi təşəbbüsləreyni zamanda kirayə bazarında problemlərin – kirayə qiymətlərinənəzarət və kirayəçilərin əsassız şəkildə evdən çıxarılması kimiməsələlərin – həllinə də töhfə verir.

Bu siyasət yalnız müəyyən qrupları deyil, cəmiyyətin müxtəliftəbəqələrini əhatə etməlidir. Miqrantlar, əlilliyi olan şəxslər,gənclər və ayrı-seçkiliyə məruz qalan insanlar da bu yanaşmadanfaydalanmalıdır. Əsas məqsəd yaşayış şəraitinə dair hüquqların hərkəs üçün əlçatan olmasını təmin etməkdir".

O qeyd edib ki, bizim yanaşmamız şəhərləri sanksiyalarlacəzalandırmaq deyil.

"Əksinə, şəhərlərə hansı istiqamətdə irəliləməli olduqlarınıgöstərmək, daha inklüziv və ədalətli yaşayış mühiti qurmaq üçünonları istiqamətləndirməkdir.

Hazırda dünyada təxminən 3 milyard insan qeyri-adekvat yaşayışşəraitində yaşayır. Bu insanların arasında çoxlu sayda gənclər vəuşaqlar da var. Bu fakt problemin miqyasını və təxirəsalınmazolduğunu açıq şəkildə göstərir.

Bu səbəbdən əməkdaşlıq və davamlı dialoq vacibdir. Sual yalnızharadan başlamaq deyil. Əsas məsələ odur ki, prosesin ən sonmərhələsindən belə başlamaq lazım gəlsə belə, hərəkətə keçməkdir.Bizim əsas borcumuz isə aydındır: heç kim diqqətdən kənardaqalmamalıdır".

Məqalədə:
Избранный
11
az.trend.az

1Источники