RU

“Qarabağ” bu dəfə “Zirə”ni məğlub edə biləcək?

Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları davam edir. 

Msport.az xəbər verir ki, bu gün daha iki matç keçiriləcək.

“İmişli” Qubada “Sabah”ı qəbul edəcək. Hazırda paytaxt klubu 56 xalla liderdir, bölgə təmsilçisi isə 22 xalla 9-cu yeri tutur.  Bu komandaların ilk iki dövrədəki oyunlarında tərəflər hərəyə 1 qələbə qazanıblar. “İmişli” bir, “Sabah” isə üç cavabsız qolla sevinib.

Günün ikinci matçıda isə “Zirə” öz meydanında “Qarabağ”la qarşılaşacaq.  Ağdam klubu 49 xalla ikinci, Rəşad Sadıqovun komandası isə 39 xalla dördüncüdür. “Qarabağ ” bu mövsüm “Zirə”ni məğlub edə bilməyib. İlk iki dövrədəki oyunları heç-heçə – 1:1 hesabı ilə yekunlaşıb.

14 mart (şənbə)

15:00. “İmişli” – “Sabah”
Hakimlər: 
Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Zöhrab Abbasov
Quba OİK stadionu

19:15. “Zirə” – “Qarabağ”
Hakimlər: 
Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Emin Əliyev
Zirə İdman Kompleksinin stadionu

15 mart (bazar)

15:00. “Kəpəz” – “Turan Tovuz”

18:00. “Qəbələ” – “Neftçi”

13 mart (cümə)

“Sumqayıt” – “Şamaxı” – 0:1

“Araz-Naxçıvan” – “Karvan-Yevlax” – 2:1

Избранный
22
3
msport.az

10Источники