Bakı.Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial layihəsiçərçivəsində kv.metri bazar qiymətindən xeyli aşağı olmaqla,435-830 manat aralığında yeni mənzilərin satışı davam edir.
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, Bakının Ümid qəsəbəsində, Abşeron və Samuxrayonlarındakı yeni yaşayış komplekslərində olan bu mənzillərin hərbiri 3 və 4 otaqlıdır, tam təmirlidir və istifadə olunmayıb,mənzillər çıxarışlıdır, ipoteka krediti ilə də almağa uyğundur.
Mənzillərlə ms.sosial.gov.az portalında tanış ola və seçdiyinizmənzili portaldakı “Bron et” düyməsini sıxmaqla bron edəbilərsiniz.
"Bir mənzili 3 şəxs bron edə bilər, ilk bron edən şəxs mənzilialmasa, mənzili almaq hüququ bron etmiş digər şəxsə keçir.
Mənzili bron edərək alan şəxslə Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi arasında 10 gün müddətində alqı-satqı müqaviləsibağlanır. Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdənistədiyi sayda ala bilər.
Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhidailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillətəminatına yönəldilir.
Əlavə məlumat üçün 142-Çağrı Mərkəzinə müraciət edə bilərsiniz",-məlumatda qeyd edilib.