Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi haqqında” 2025-ci il 22 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.Demokrat.az xəbər verir ki, aksiyada Salyan RİH-nin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri iştirakı ediblər. Aksiya çərçivəsində Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsindəki yol kənarlarında müxtəlif növ ağaclar əkilib. Aksiya zamanı ağacların əkildiyi ərazidə əvvəlcədən təmizlik işləri aparılıb və sahə əkin üçün hazır vəziyyətə gətirilib.Demokrat.az







Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.