RU

UN-Habitat rəsmisi: Şərqi Avropa və Mərkəzi Asiya urban transformasiya üçün mühüm imkanlar təqdim edir VİDEO

Bakı, 14 mart, AZƏRTAC

Şərqi Avropa və Mərkəzi Asiya regionu iqtisadi keçid, şəhər inkişafı və postböhran bərpasının kəsişməsində yerləşərək urban transformasiya üçün mühüm imkanlar yaradır.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Erfan Ali Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunan brifinqdə bildirib.

Erfan Ali qeyd edib ki, UN-Habitat yaxın zamanda İstanbulda yerləşən Şərqi Avropa və Mərkəzi Asiya üzrə yeni regional ofisini istifadəyə verib. Bu qərar regionda şəhər inkişafı, humanitar bərpa və iqtisadi transformasiya proseslərinin sürətləndiyi bir dövrdə qəbul edilib.

Vurğulayıb ki, təşkilatın yeni strateji planı üzv dövlətlərə mənzil təminatı, torpaq idarəçiliyi və əsas xidmətlər sahəsində dəstəyin gücləndirilməsini nəzərdə tutur.

Regional direktor bildirib ki, bu çərçivədə əsas diqqət yerli iqlim fəaliyyətinin təşviqi, rifah və yoxsulluğun azaldılması, eləcə də böhran vəziyyətlərində bərpa və yenidənqurma proseslərinə dəstək kimi istiqamətlərə yönəldiləcək.

Избранный
8
2
azertag.az

3Источники