RU

Azərbaycanın basketbol millisi Monteneqro ilə qarşılaşacaq

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv səfərdə Monteneqro ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Azərbaycan komandası daha əvvəl Bolqarıstana hər iki oyunda (48:141, 40:120), Monteneqroya (62:104) və Ukraynaya (34:98) məğlub olub.

Qeyd edək ki, yığma martın 17-də Bakıda Ukrayna ilə qarşılaşacaq.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
63
5
icma.az

5Источники