RU

İsraildən Təbriz sakinlərinə: Bu ərazini tərk edin - Xəritə

İsrail ordusu Təbriz sakinlərinə planlaşdırılan hava hücumları ilə bağlı təcili xəbərdarlıq edib.

Bu barədə İsrail Müdafiə Qüvvələri (ÇAXAL) məlumat yayıb.

ÇAXAL mülki şəxsləri dərhal qeyd edilən ərazini tərk etməyə çağırıb:

"Yaxın saatlarda İsrail Müdafiə Qüvvələri son günlərdə Tehranda etdiyi kimi, İran rejiminin hərbi infrastrukturuna zərbə endirmək üçün ərazidə əməliyyat keçirəcək. Təhlükəsizliyiniz və rifahınız naminə xəritədə göstərilən təyin olunmuş ərazini dərhal tərk etməyinizi xahiş edirik. Bu ərazidə olmağınız həyatınızı təhlükəyə atır".

Qeyd edək ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara 28 fevralda başlayıb. /Axar.az 


Telegram kanalımız
Избранный
31
20
yenisabah.az

10Источники