RU

Elektrotexnika avadanlıqları bahalaşacaq

ain.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaxın Şərqdə son dövrlərdə artan gərginlik və baş verən hadisələr qlobal ticarətə, xüsusilə Dubay kimi böyük tranzit mərkəzlərinə təsir göstərir. Azərbaycanda isə çoxsaylı mobil telefonlar Dubay üzərindən ölkəmizə gətirilir. Bəs baş verən hadisələr mobil telefonların qiymətinə təsir edə bilər?

AZXEBER.COM xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, əgər logistika zəifləyəcəksə, daşımalar azalacaqsa və təyyarə reysləri, demək olar ki, həyata keçirilməyəcəksə, bu, istənilən halda Azərbaycana həmin zonadan, yəni o bölgədən gələn məhsulların qiymətinə təsir göstərəcək:

"Yəqin ki, logistikanın bahalaşması və sığorta haqlarının artması da həmin bölgədən idxal olunan elektrotexnika avadanlıqlarına, məişət texnikasına və digər məhsullara təsir göstərəcək. Əgər münaqişə uzun müddət davam edərsə, qiymətlərin nəzərəçarpacaq dərəcədə artması mümkündür”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
azxeber.com

2Источники