Xocavənd rayonu Xanoba kəndinə ilk köç karvanı yola salınıb.
"Yeni Sabah" xəbər verir ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
2020-ci ildə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazisi işğaldan azad edildikdən sonra orada bərpa və yenidənqurma işlərinə start verilib. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin yurdlarına qayıdışı prosesi həyata keçirilir.
Telegram kanalımız