RU

ABŞ və İsrail İrana zərbə endirdi: 6 nəfər öldü

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ və İsrailin şənbə günü etdiyu hava hücumu nəticəsində İranın qərbindəki bir şəhərdə yaşayış binası dağılıb.

Modern.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.Agentliyin məlumatına görə, şənbə günü səhər İranın qərbində yerləşən İlam əyalətinin Eyvan şəhərində yaşayış binasına hücum edilib, 6 nəfər ölüb.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin sözlərinə görə, ölkədə ölənlərin sayı 1300-ü keçib, lakin bu rəqəm 7 martdan bəri yenilənməyib.

28 fevralda ABŞ və İsrail Tehran da daxil olmaqla İrandakı hədəflərə zərbələr endirməyə başlayıb, bu, mülki əhali arasında itkilərə səbəb olub. İran cavab olaraq İsrail ərazisinə, eləcə də Yaxın Şərqdəki ABŞ hərbi hədəflərinə cavab zərbələri endirir.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
modern.az

1Источники