Hikmət HacıyevAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə TRIPP layihəsini müzakirə edib.
"Report" xəbər verir ki, o bununla bağlı "X " sosial media hesabında post paylaşıb.
"Avropa İttifaqının Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi səfir Eduard Stiprais ilə regional əməkdaşlıq, xüsusilə əlaqəlilik, eləcə də Trans-Xəzər və TRIPP layihələri ilə bağlı səmərəli müzakirələr apardıq. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasında tam üzvlüyü nəzərə alınmaqla, bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur", - paylaşımda qeyd olunub.
We held fruitful discussions with Ambassador Eduard Stiprais the Special Representative of the European Union for Central Asia on regional cooperation, particularly focusing on connectivity, as well as the Trans-Caspian and TRIPP projects. Considering Azerbaijan’s full membership… pic.twitter.com/APg7ZiatcQ
— Hikmet Hajiyev (@HikmetHajiyev) March 14, 2026