RU

Bakı və Abşeronun bu ərazilərində tullantı ilə qrunt sularının tənzimlənməsi planlaşdırılır (FOTO)

Bakı.Trend:

ADSEA Bakı şəhəri və Abşeron rayonu ərazisində yeni kanalizasiyakollektorlarının və tullantı sularının təmizlənməsi qurğularınıntikintisinə başlayıb. Layihə çərçivəsində Müşviqabad hövzəsindəgündəlik məhsuldarlığı 75 min kubmetr olan tullantı sutəmizləyiciqurğunun tikintisi həyata keçirilir.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən(ADSEA) məlumat verilib.

Bildirilib ki, layihəyə uyğun olaraq qurğunun bir sıra əsas vəyardımçı hissələrinin tikintisi tamamlanıb, iri barmaqlığın qurşaqtirlərinin betonlama prosesi yekunlaşıb və hazırda son mərhələolaraq qazıntı işləri aparılır. Kiçik barmaqlıq qurğusu üzrəqazıntı artıq başa çatdırılıb.

Havalandırma sistemli qum və yağ tutucuda döşəmənin inşasıtamamlanıb, divarların dəmir-betonla hörülməsi davam etdirilir.

Blover binasının bünövrəsi tökülüb, sütun və divarlarıntikintisi icra olunur. Mexaniki cihaz binası yüksək həcmdə tullantıqazları orta təzyiqlə nəqletmə funkasiyasını daşıyır. Biosforhovuzunun su bölüşdürücüsündə döşəmə betonunun tikintisi başaçatıb.

Havalandırma hovuzunda qazıntı aparılır, eyni zamandasağlamlaşdırıcı lay üzrə qaya dolğusu vurulur. Lil susuzlaşdırmaqurğusunda bünövrənin tökülməsi, emalatxana, inzibati, gözətçibinalarının betonlama prosesi yekunlaşıb. Tullantı sutəmizləyiciqurğunun enerji təminatı üçün nəzərdə tutulan elektrikyarımstansiyası binasının inşasına başlanılıb.

Sutəmizləyici qurğuda təmizlənən tullantı suları ultrabənövşəyişüalardan keçərək sənaye məqsədləri üçün istifadəyə yararlıvəziyyətə gətirilərək müvafiq qaydada yönləndiriləcək.

Ümumi uzunluğu 18.9 kilometr olan Müşviqabad hövzəsi üzrəgətirici kanalizasiya kollektorunun 15.2 kilometr hissəsimikrotunel tipli, 3.7 kilometr hissəsi isə kanalizasiyakollektorudur. Bundan əlavə inşa olunacaq 30 şaxtanın 6-da işlərəbaşlanılıb.

Layihə Xırdalan şəhərində, 28 May, Müşfiqabad, Hökməli və AşağıGüzdək qəsəbələrində formalaşan tullantı sularının idarəedilməsinə, həmçinin Ceyranbatan Su Anbarının ətrafında formalaşanqrunt sularının tənzimlənməsinə və ekoloji vəziyyətinyaxşılaşdırılmasına xidmət edəcək.

Bu tipli layihələr, xüsusilə mikrotunel texnologiyası iləqurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olması iləseçilir, əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə şəraityaradır.

2025-ci ildə icrasına başlanılan layihənin 2028-ci ildətamamlanması nəzərdə tutulur. İşlər mərhələli şəkildə aparılacaq,inşaat zamanı ekoloji standartlara və təhlükəsizlik qaydalarınaciddi əməl olunur.

Mətbuat katibi həmçinin onu da diqqətə çatdırıb ki, layihələryeni infrastrukturun formalaşdırılmasına, mövcud şəbəkələrintəkmilləşdirilməsinə, onların ötürücülük qabiliyyətininartırılmasına yönəlib. Bununla yanaşı, tullantı sularının fasiləsizdaşınması təmin ediləcək, subasma riskləri azalacaq və sistemlərinistismar səviyyəsi daha da yüksələcək.

Görülən işlər tullantı sularının daha müasir və təhlükəsizşəkildə təmizlənməsinə, ekoloji mühitin qorunmasına, əhalininkommunal xidmətlərə çıxışının yaxşılaşdırılmasına mühüm töhfəverəcək. Bu tipli layihələrin tam başa çatdırılması Bakı və Abşeronyarımadasında su və kanalizasiya infrastrukturunun dayanıqlı,səmərəli fəaliyyətinin təminatına xidmət edir.

Bakı
Bakı
Bakı
Bakı
Избранный
52
16
az.trend.az

10Источники