RU

Süni intellekt gələcəkdə insan davranışına böyük təsir göstərəcək - Asmitha Satyarthi

Bakı. Trend:

Bu gün gənclərin 88 faizi öz həmyaşıdları ilə ünsiyyət əvəzinəChatGPT ilə ünsiyyət qurur. Süni intellekt gəkəcəkdə insandavranışına böyük təsir göstərəcək.

Trend xəbərverir ki, bunu "Satyarthi Movement for Global Compassion"təşkilatının baş icraçı direktoru Asmitha Satyarthi bu gün BakıdaXIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Rəqəmsal gələcək:Süni intellekt, idarəetmə və innovasiyanın etikası" adlı panelmüzakirələrində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu, həm fərdi, həm də sosial səviyyədəciddi bir zərbə olacaq:

"İnsanlar arasındakı bu boşluq onları təcrid olunmuş vəziyyətəsala bilər. Fəsadları isə ətraf mühitə və iş yerlərinə təsiredəcək. Biz bunun haqqında danışmalıyıq. Bu, güclü siqnallardır.Hardasa bir səhv var və onu tapmaq lazımdır.

Bu “virus” artıq cəmiyyətə daxil olub. İnsanların həyatına süniintellektin qərəzli təsiri böyük ola bilər. Ədalətsiz süniintellekt var və milyonlarla insan onun təsiri altındadır. Bu haldasual yaranır: bu təsirləri aradan qaldırmaq üçün nə etməklazımdır?

Cavab mərhəmətli yanaşmadadır. Bu, vacibdir. Mərhəmət özü ənmühüm alətdir. Mərhəmət bu funksiyanı yeni quruluşa aparan amilkimi qəbul edilməlidir. Tənzimləmə təkcə kifayət deyil. Onunəsasını təhsil və düzgün yanaşma təşkil etməlidir.

Süni intellekt sayəsində mərhəmətli yanaşma bizə dəstək olabilər, yoxsa ciddi bir böhrana düşəcəyik. Bu barədə indidəndüşünməliyik".

Məqalədə:
Избранный
14
az.trend.az

1Источники