RU

Con Bolton: “İranda rejim dəyişikliyi doğru hədəfdir, lakin Trampın planı yoxdur”

ABŞ-nin milli təhlükəsizlik üzrə keçmiş məsləhətçisi Con Bolton Prezident Donald Trampın İrana qarşı apardığı hərbi əməliyyatları və rejim dəyişikliyi strategiyasını kəskin tənqid edib.

NOCOMMENT.az xəbər verir ki, Bolton bu barədə Rusiyanın müxalif “Dojd” telekanalına verdiyi müsahibədə bildirib:

“Əgər müharibənin məqsədi İranda rejim dəyişikliyidirsə, bu, doğru hədəfdir. Lakin problem ondadır ki, fikrimcə, Tramp buna necə nail olacağını planlaşdırmayıb. Hərbi nöqteyi-nəzərdən hər şey pis getmir, amma siyasi baxımdan bu, bir uğursuzluqdur. O, Amerika xalqını hazırlamayıb, rejimin devrilməsinin zəruriliyini aydın şəkildə izah etməyib. Döyüş əməliyyatlarının başladığını şənbə günü gecə saat 03:30-da, heç kimin televizora baxmadığı vaxtda elan etdi”.

Keçmiş müşavir qeyd edib ki, bu plansızlıq ictimai rəydə ciddi narazılığa səbəb olub: “Nəticədə, müharibəyə olan dəstək rekord dərəcədə aşağı düşüb – İkinci Dünya Müharibəsindən bəri belə aşağı göstərici olmamışdı. Həmçinin, o, Konqreslə, müttəfiqlərlə razılığa gəlməyib və ən əsası, İran müxalifəti ilə əlaqə qurmayıb. Daxildən dəstək olmadan rejim çökməyəcək”.

Sara,
NOCOMMENT.az

Избранный
15
nocomment.az

1Источники