RU

Finalissimanın 2 oyundan ibarət olması təklif edilir

Argentina milli komandası Finalissimanı iki oyunda keçirməyi düşünür.

Msport.az xəbər verir ki, birincisi “Real”ın “Santyaqo Bernabeu” stadionunda, ikincisi isə Buenos Ayresdəki “Estadio Monumental”da keçirilə bilər.

Msport.az xəbər verir ki, 27 martda keçirilməsi planlaşdırılan Finalissimanın yeri hələ də qeyri-müəyyəndir. Lissabon və Londondakı stadionlar potensial məkanlar hesab olunur.

Oyunun əvvəlcə 27 martda Qətərdəki “Lusail” stadionunda keçirilməsi planlaşdırılırdı. Lakin təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən bu, ehtimal olunmur.

Избранный
12
2
msport.az

3Источники