RU

“Qarabağ”ın “Zirə” üzərində hegemonluğu: 41 oyun, 2 məğlubiyyət

ain.az bildirir, sport24.az portalına istinadən.

Misli Premyer Liqasının 24-cü turunda bu gün keçiriləcək "Zirə" - "Qarabağ" oyunu komandaların çempionatdakı 42-ci dueli olacaq. Sport24.az xəbər verir ki, əvvəlki 41 qarşılaşmanın 26-da Ağdam təmsilçisi, 2-də qəsəbə klubu qalib gəlib.

13 görüşdə isə heç-heçə qeydə alınıb.

Topların nisbətində də "köhlən atlar"ın aşkar üstünlüyü var - 82:23. "Qarabağ" Premyer Liqadakı son doqquz oyunda bur rəqibinə qol vura bilib. "Zirə"nin son üç ev maçtçında isə hər iki tərəf fərqlənməyə müvəffəq olub.

"Zirə"nin 2 qələbəsindən biri ötən ilin fevralında gerçəkləşib. "Qartallar" həmin vaxt 3:2 hesablı qalibiyyətə sevinib. Ondan əvvəlki qələbə isə 2023-cü ilin avqustuna təsadüf edib - 1:0. 

Qeyd edək ki, bu gün Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq qarşılaşma saat 19:15-də start götürəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
61
sport24.az

1Источники