Son bir həftə ərzində Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə daha 8 azərbaycanlı həlak olub.
Musavat.com xəbər verir ki, bu barədə tanınmış hərbi ekspert Tofiq Şahmuradov açıqlama verib.
Ekspertin sözlərinə görə, son günlər cəbhədən gələn məlumatlar azərbaycanlıların bu müharibədə itkilərinin artdığını göstərir.
Son bir həftə ərzində həyatını itirdiyi bildirilən şəxslər bunlardır:
• Zülfüqarov Nurlan Şahmar oğlu
• Məmmədov Hüseyn Hüseyn oğlu (1998-ci il təvəllüdlü)
• Məlikov Samir Çərkəz oğlu (1997-ci il təvəllüdlü)
• Rəhimov Rafiq Ənvər oğlu (1983-cü il təvəllüdlü)
• Qəribov Teymur Əmrah oğlu (1989-cu il təvəllüdlü)
• Həsənov Sadıx Qabil oğlu (1978-ci il təvəllüdlü)
• Abdullayev Rəşid Nizaməddin oğlu (1989-cu il təvəllüdlü)
• Aydoğan Səbahəddin İzzəddin oğlu (2001-ci il təvəllüdlü)
Musavat.com bildirir ki, Rusiya–Ukrayna müharibəsində həlak olan azərbaycanlıların ümumi sayı artıq minlərlə nəfərlə ölçülür. Onun sözlərinə görə, Rusiya tərəfdə döyüşən azərbaycanlıların böyük hissəsi müqavilə əsasında və ya muzdlu döyüşçü kimi cəbhəyə göndərilir.
Redaksiyamızın məlumatına görə, təkcə Rusiya tərəfində deyil, Ukrayna ordusu tərəfində də döyüşən azərbaycanlılar var. Onun bildirdiyinə görə, Ukrayna ordusuna könüllü qoşulan 100-dən artıq azərbaycanlı döyüşçü də müxtəlif döyüşlərdə həlak olub.
Bu müharibə iki slavyan dövlət arasında gedir. Lakin hər iki tərəfdə döyüşən azərbaycanlılar var və nəticədə döyüş meydanlarında həyatını itirənlər də bizim soydaşlarımız olur.
Musavat.com