RU

Karnidzordan keçən sülh cığırı: Paşinyan yenidən mesaj verdi

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Strasburqda sülh sazişi ilə bağlı açıqlama verərkən əvvəlki mövqeyini bir daha səsləndirib. O bildirib ki, Ermənistan Karnidzor–Yerasx marşrutu vasitəsilə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin qurulmasına hazırdır.

Paşinyan əlavə edib ki, bu təklif TRIIP layihəsinə alternativ deyil və onun Vaşinqtonda əldə olunan anlaşmaları kölgədə qoymaq niyyəti yoxdur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Azər Qasımov bildirib ki, Baş nazir bu ideyanı TRİPP layihəsindən daha əvvəl – Zəngəzur dəhlizi məsələsi gündəmdə olduğu dövrdə irəli sürmüşdü.

Ekspert qeyd edib ki, həmin vaxt Azərbaycan bu təklifə etiraz etmişdi, lakin hazırkı vəziyyət dəyişib:

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addımlar atılıb. Sülh müqaviləsi şərtlərinin paraflanması, TRİPP layihəsinin imzalanması, Azərbaycanın ərazisi ilə Ermənistana Qazaxıstan və Rusiyadan taxıl daşınması, həmçinin Azərbaycanın Ermənistana yanacaq satması kimi bir sıra tarixi proseslər baş verib. İndi Paşinyan da bunun müqabilində həmin yolun açılmasını istəyir. Görünən budur ki, bu fikir Azərbaycanla Ermənistan arasında inam mühitinin gücləndirilməsinə hesablanıb”.

Azər Qasımovun sözlərinə görə, yolun açılmasının praktik baxımdan da ziyanı yoxdur:

“Hələlik TRİPP layihəsi tam işə düşənə qədər bu marşrutdan istifadə mümkündür. Onsuz da gec-tez Azərbaycanla Ermənistan arasında bütün nəqliyyat kommunikasiyaları, o cümlədən Qazax–İcevan dəmir yolu açılacaq. Paşinyanın səmimiyyətinə inanmaq olar. Bu yol heç bir halda TRİPP layihəsinə alternativ sayıla bilməz”.

Ekspert əlavə edib ki, TRİPP həm məsafəyə, həm təhlükəsizliyə görə ən optimal variantdır:

“Azərbaycanın tələbi də məhz bu yolun açılmasıdır. Ermənistan buna real alternativ təklif edə bilməz. Çünki iki ölkə arasında sülhün qarantı Zəngəzur dəhlizinin işə düşməsidir”.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
1
bakivaxti.az

2Источники