RU

Bakıda Kanoe Assosiasiyasının ofisi açıldı

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası “Paddle Europe” (Avropa Kanoe Assosiasiyası - PEU) ilə çoxşaxəli əməkdaşlıq qurub. Azərbaycanın strateji coğrafi mövqeyi, inkişafyönümlü fəaliyyətlərə ev sahibliyi etmək imkanları, eləcə də “Paddle Europe” (Avropa Kanoe Assosiasiyası - PEU) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası arasındakı mövcud yüksək əməkdaşlıq imkanları nəzərə alınaraq tərəflər arasında qarşılıqlı əməkdaşlıq haqqında sənəd imzalanıb.

Gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Kanoe Federasiyasının Prezidenti Tomas Konyetsko, Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov mərasimində iştirak ediblər. Sənədə əsasən tərəflər Bakıda qurumun ofisini yaratmaqla Şərqi Avropa, eləcə də inkişaf etməkdə olan ölkələrə dəstək və kanoe idman növlərinin inkişafı, həmçinin Sərsəng su anbarında beynəlxalq yarışların, təlim-məşq toplanışlarının təşkili sahəsində əməkdaşlıq edəcəklər.

Həmçinin gələcəkdə regionda təlim imkanlarını artıracaq infrastruktur layihələri nəzərdən keçirilə bilər. Tərəflər Azərbaycanın coğrafi mövqeyini nəzərə alaraq, Avropa və Asiyada kanoe idman icmaları arasında əlaqələrin gücləndirilməsi imkanlarını araşdıracaq. Bu əməkdaşlıq birgə təlimlər, məşqçi və liderlik təhsili, tədbirlərdə iştirak və qarşılıqlı uyğun sahələrin inkişafını əhatə edəcək.

Qabil YUSİFOĞLU
XQ

Избранный
42
15
xalqqazeti.az

10Источники