RU

Köç karvanı Xanoba kəndinə çatdı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
ONN media xəbər verir ki, Xocavənd rayonu Xanoba kəndinə ilk köç karvanı yola salınıb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazisi işğaldan azad edildikdən sonra orada bərpa və yenidənqurma işlərinə start verilib. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin yurdlarına qayıdışı prosesi həyata keçirilir.
***
Martın 14-də doğma yurduna yola salınan köç karvanı Xanoba kəndinə çatıb.
Doğma yurduna qayıdan ailələri kənddə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Избранный
2
2
onn.az

5Источники