İraqda “Hizbullah”ın Koordinasiya Komitəsi ABŞ hərbçiləri barədə məlumat verənlər üçün 150 milyon İraq dinarı (təxminən 115 min ABŞ dolları) məbləğində mükafat elan edib.
Hakimiyyet.az xəbər verir ki, bu barədə ISNA təşkilatın açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, “mühüm məlumat” dedikdə ABŞ ordusunun yüksək rütbəli zabitlərinin, həmçinin ABŞ-ın kəşfiyyat və casusluq strukturlarının İraq və regiondakı əməkdaşlarının yerləşdiyi məkanın müəyyən edilməsinə kömək edəcək məlumatlar nəzərdə tutulur.
Təşkilatın açıqlamasına görə, təqdim ediləcək məlumatlar həmin şəxslərin yerində saxlanılması və ya zərərsizləşdirilməsi ilə nəticələnə bilər.