RU

Tramp Putinin İranla bağlı təklifini rədd edib

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinin İranın zənginləşdirilmiş uranın Rusiyaya daşınmasına dair təklifini qəbul etmədiyi irəli sürülüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Axios”un məlumatında deyilir.

Qeyd edilir ki, Putinin bu həftə Tramp ilə apardığı telefon danışığı zamanı İrana qarşı hücumları dayandırmaq üçün bəzi təkliflər irəli sürdüyü iddia edilib.

Putinin İranın zənginləşdirilmiş uranın Rusiyaya daşınmasını nəzərdə tutan planı gündəmə gətirdiyi, lakin Trampın bu təklifi rədd etdiyi bildirilib.

Məlumatda Rusiyanın bənzər təklifləri ABŞ və İran arasında aparılan nüvə danışıqları zamanı və 28 fevralda başlayan ABŞ-İsrail hücumlarından əvvəlki həftələrdə də səsləndirdiyi qeyd olunub.

"Axios"a danışan bir ABŞ rəsmisi bildirib ki, bu təklif birinci dəfə deyil ki, edilirdi: “Təklif yenə də qəbul edilmədi. ABŞ-nin mövqeyi uranın təhlükəsizliyinin təmin edilməli olduğu yönündədir".

Daha əvvəl də ABŞ və İsrailin İrana hücumlarının növbəti mərhələlərində yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün bu ölkəyə xüsusi təyinatlı qüvvələr göndərməyi planlaşdırdığı iddia edilmişdi.

Избранный
43
cebheinfo.az

1Источники