RU

“Türmədə olan oğlunu azad etdirəcəyəm” deyərək atadan dələduzluq yolu ilə pul alan şəxs saxlanılıb

BAKI, 14 mart. TELEQRAF

Səbail rayonunda yaşayan sakinlərdən biri 4500 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı E. Musayev saxlanılıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, araşdırmalarla müəyyən olunub ki, E. Musayev zərərçəkənə hazırda cəzaçəkmə müəssisəsində saxlanılan oğlunu azad etdirəcəyinə dair yalan vəd verərək 4500 manat pul vəsaitini ələ keçirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Избранный
48
6
teleqraf.com

10Источники