RU

Tolikdən SƏRT ETİRAZ: “Mənə “pula satılan” deməyin!”

Adının dələduzluqda ittiham olunan Könül Həmzəyeva ilə birgə hallanması prodüser Tarix Əliyevi (Tolik) özündən çıxarıb.

Tolik bu barədə sosial media hesabında qeyd edib:
“İndi qulağıma çatır ki, kimsə deyir, guya mən Könüldən pul almışam. Açıq deyirəm: mən Könülü tanımıram, onun kim olduğunu da bilmirəm. Buradan bəzi adamlara bir sözüm var: ağıllı olun. Elə bilməyin ki, mən heç nə bilmirəm. Sizin haqqınızda çox şeylər mənə də məlumdur – sizə gələn hədiyyələrdən tutmuş, arxada baş verənlərə qədər.
Mənə “pula satılan” deməyin. Əgər mən pula satılan adam olsaydım, bu gün tamam başqa yerlərdə olardım. Ona görə də ağlınız başqa yerlərə getməsin. Mən Könülün puluna qalan adam deyiləm. Kimlər onun puluna qalıbsa, kimlər onun obyektindən nə alıbsa, onu da siz özünüz yaxşı bilirsiniz”.
Xatırladaq ki, “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva külli miqdarda dələduzluqda ittiham olunur. Onun barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib. K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün bir müddət əvvəl axtarışa da verilmişdi.
Bir ay əvvəl tanınmış influenserlər Fidan Rzayeva və Əfsanə Qasımova da Könül Həmzəyeva ilə bağlı Xətai Rayon Polis İdarəsinə şikayət ediblər. İddialara görə, Könül Həmzəyeva Fidan Rzayevadan (Fidan Zeyn) 150 min manat, Əfsanə Qasımovadan (Azerina) isə 300 min manat mənimsəyib.
Musavat.com

Избранный
14
2
yenilik.az

3Источники