Azərbaycan və Mərkəzi Asiya ölkələri Avropanın təhlükəsizlik arxitekturasının mühüm tərkib hissəsidir.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduard Stiprays XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən xüsusi sessiyada çıxışında deyib.
O bildirib ki, bu sahədə əməkdaşlıq davam etdirilməlidir.
Diplomat qeyd edib ki, region ölkələri Avropa üçün təhlükəsizlik, sabitlik və iqtisadi əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.
"Cebheinfo.az"