RU

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə TRIPP layihəsini müzakirə etdi



Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi səfir Eduard Stipraislə görüşüb.

Bu barədə Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, E.Stipraislə regional əməkdaşlıq, xüsusilə bağlantı imkanları, həmçinin Trans-Xəzər və TRIPP layihələri üzrə səmərəli müzakirələr aparılıb.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya Məsləhət Şurasına tamhüquqlu üzvlüyünü nəzərə alaraq bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur.

ZÜMRÜD

Избранный
46
3
baki-xeber.com

10Источники