Gün ərzində 6 ölkənin 60 vətəndaşı İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub.
APA-nın cənub bürosunun məlumatına görə, həmin şəxslərin Astara dövlət sərhədindən buraxılış məntəqəsindən təhlükəsiz şəkildə Azərbaycan tərəfinə keçidi təmin edilib.
Təxliyə olunanlar arasında 43 Hindistan, 6 Rusiya, 4 Kanada, 3 Tacikistan, 3 Azərbaycan və 1 Pakistan vətəndaşı var.
Təxliyə prosesi davam edir.
"Cebheinfo.az"