RU

Novruzun ruhunu hiss etdirən məkan bu gündən fəaliyyətə başlayıb FOTOLAR

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Novruz bayramı münasibətilə Dənizkənarı bulvar ərazisində ziyarətçilər üçün xüsusi bayram məkanı yaradılıb. Demokrat.az xəbər verir ki, bu dəfə tərtibatda daha müasir və dinamik üslub seçilib, baharın gəlişini və Novruz ruhunu ifadə edən dekorativ elementlərdən geniş istifadə olunub.Məkan parkın ümumi estetikasına uyğun şəkildə qurulub. Burada Novruz atributları, yenilənmə və baharı simvolizə edən müxtəlif dekorativ elementlər yerləşdirilib, ərazi mövsümi güllər və çiçəklərlə bəzədilib. Tərtibat zamanı əsas məqsəd ziyarətçilərin məkana daxil olan kimi baharın təravətini hiss etmələrini təmin etmək olub. Bu səbəbdən ərazidə çiçəklərlə zəngin kompozisiyalar yaradılıb, baharın rəngarəngliyini əks etdirən detallar tətbiq edilib.Eyni zamanda Novruz ənənələrini və bahar ovqatını əks etdirən xüsusi fotokünclər də hazırlanıb. Ziyarətçilər burada xatirə şəkilləri çəkdirərək bayram ab-havasını daha yaxından yaşaya biləcəklər.

Hazırlanan bayram məkanında həm böyüklərin, həm də uşaqların istirahəti nəzərə alınıb. Ziyarətçilərin asudə vaxtını daha rahat və maraqlı keçirməsi üçün ərazi parkın ümumi dizaynına uyğun təşkil edilib, uşaqların əyləncəsi də diqqətdə saxlanılıb.Son illər Dənizkənarı bulvar ərazisində təşkil olunan bayram yarmarkaları və tematik guşələrin hazırlanmasına xüsusi önəm verilir. Bu istiqamətdə görülən işlərin əsas məqsədi hər yeni layihənin əvvəlkilərlə müqayisədə daha müasir və cəlbedici olmasıdır. Bu il də qurulan bayram guşəsi ziyarətçilərə Novruz sevincini və baharın təravətini hiss etdirməyi hədəfləyir.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
72
demokrat.az

1Источники