ABŞ Xarq adasında 90-dan çox İran hərbi hədəfinə uğurla zərbə endirib.
Ölkə.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında bildirilir.
Komandanlığın açıqlamasında deyilir: "Dünən gecə ABŞ qüvvələri İranın Xarq adasına genişmiqyaslı dəqiq zərbə endirib. Zərbə dəniz mina anbarlarını, raket anbarlarını və çoxsaylı digər hərbi obyektləri məhv edib. Amerika qüvvələri neft infrastrukturunu qoruyub saxlayarkən Xarq adasındakı 90-dan çox İran hərbi obyektinə uğurla zərbə endirib".
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp da ABŞ Mərkəzi Komandanlığının Yaxın Şərq tarixində ən güclü bombardman kampaniyalarından birini həyata keçirdiyini və Xarq adasındakı bütün hərbi hədəfləri tamamilə məhv etdiyini deyib. Daha sonra İran mediası partlayışı təsdiqləyib. “Fars” agentliyinin məlumatına görə, ABŞ-ın adadakı hədəfləri arasında hərbi obyekt, dəniz bazası və vertolyot idarəetmə qülləsinin olduğunu bildirilib.
Mürtəza
