RU

İran Ukraynanı da hədələdi: Vurarıq

Ukraynanın İsrailə göstərdiyi hər hansı bir yardım, o cümlədən dronlar, Ukrayna ərazisini Tehranın raket zərbələri üçün "qanuni hədəf"ə çevirir.

Ölkə.az xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi “İran İnternational”a  açıqlamasında deyib. 

“Ukraynanın İsrailə kömək etməkdəki hərəkətləri, xüsusən də PUA dəstəyi, BMT Nizamnaməsinə uyğun olaraq, Ukraynanın bütün ərazisini İslam Respublikası üçün qanuni və haqlı hədəfə çevirir", - Əzizi deyib.

Qeyd edək ki, Ukrayna ordusu Şahidləri effektiv və ucuz şəkildə vurmağı öyrəndikdən sonra, Yaxın Şərqdəki tərəfdaşlar da daxil olmaqla, ondan çox ölkə məsləhət və ələ keçirmə texnologiyaları üçün Kiyevə müraciət etməyə başlayıb. Bu, İranın əsas hərbi üstünlüyünü PUA hücumlarının miqyasını faktiki olaraq aradan qaldırır.

Mürtəza

Избранный
46
2
olke.az

3Источники