RU

Finalissima nın taleyi qeyri müəyyəndir: İki oyundan ibarət ola bilər

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Argentina yığması İspaniya millisinə qarşı "Finalissima" həyəcanını iki fərqli matçla yaşatmağı planlaşdırır.

Oxu.Az "TNT Sports Argentina" nəşrinə istinadən xəbər verir ki, qarşılaşmalardan birinin "Real Madrid"in ev arenası olan "Santyaqo Bernabeu"da, digərinin isə Buenos Ayresdəki məşhur "Estadio Monumental" stadionunda təşkili nəzərdən keçirilir.

Hazırda Lissabon və London şəhərlərində yerləşən arenalar da yarışın keçirilməsi üçün potensial namizədlər siyahısındadır.

Qeyd edək ki, ilkin plana əsasən, oyunun eyni tarixdə Qətərin "Lusail" stadionunda baş tutması planlaşdırılmışdı.

Ancaq təhlükəsizliklə əlaqədar yaranan narahatlıqlar səbəbindən bu variantın reallaşma ehtimalı olduqca aşağıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
45
1
oxu.az

2Источники