Azərbaycan Basketbol Liqasında XIX turun daha bir oyunu keçirilib.
Offsideplus.az xəbər verir ki, günün ikinci matçında "Abşeron Lions" "Neftçi" ilə qarşılaşıb.
Matç birincilərin 107:87 hesabı ilə yekunlaşıb. Günün ilk qarşılaşmasında isə "Sabah" "Gəncə"ni 87:73 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq.