RU

Ramazanın iyirmi beşinci gününün imsak, iftar vaxtı və duası

Sabah Ramazan ayının iyirmi beşinci günüdür.

Ramazan təqviminə əsasən, martın 15-i Bakıda imsak vaxtı saat 05:26, iftar isə 19:02-ə təyin olunub.

Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:

Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Goranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9

İftardan qabaq oxunan dua:

İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!

İyirmi beşinci günün duası:

İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver. Məni sonuncu Peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver. Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!

Allah orucunuzu qəbul eləsin!

Избранный
67
49
musavat.com

10Источники