RU

"Qarabağ" Kuakunun satışından nə qədər qazanıb?

"Qarabağ"ın Kris Kuakunun "Sarpsborq 08"klubuna satışından əldə etdiyi gəlirin məbləği məlum olub.

Sportal.az xəbər verir, nüfuzlu "transfermarkt" saytı keçidin hansı qiymətə reallaşdığını açıqlayıb. Qeyd olunub ki, Azərbaycan çempionu Fil Dişi Sahilindən olan yarımmüdafiəçinin satışından 300 min avro (580 min manat) gəlir əldə edib.

Qeyd edək ki, Kris Kuaku Norveç təmsilçisi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

saytlarin hazirlanmasi

Избранный
34
1
sportal.az

2Источники