Unikal xəbər verir ki, professor Dr. İlber Ortaylının dəfn mərasimi 16 mart 2026-cı il, bazar ertəsi günü Qalatasaray Universitetində keçiriləcək. Cənazə namazından sonra İlber Ortaylının cənazəsi Fatih məscidinin qəbiristanlığında torpağa tapşırılacaq.
Bununla yanaşı, Ortaylı ailəsi tərəfindən dərc edilən başsağlığı elanı diqqət çəkib. Belə ki, elanda dəfn mərasiminə gül göndərilməməsi xahiş olunub. Qeyd olunub ki, gül göndərmək istəyənlər Türkiyə Təhsil Fonduna ianə edə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31