RU

“Bavariya” doqquz nəfərlə “Bayer”lə oyunda məğlubiyyətdən qurtarıb

ain.az bildirir, Idman.biz portalına istinadən.

Almaniya Bundesliqasının 26-cı turunun “Bayer Leverkuzen” və “Bavariya” komandaları arasında keçirilən oyun başa çatıb.

Leverkuzendəki “BayArena” stadionunda baş tutan oyun 1:1 hesabı ilə başa çatıb.

Altıncı dəqiqədə Aleş Qarsia hesabı açaraq “Bayer”ə üstünlük qazandırıb. 42-ci dəqiqədə qonaqlardan Nikolas Cekson qırmızı vərəqə alıb. 69-cu dəqiqədə Luis Diaz “Bavariya”nın bərabərlik qolunu vurub. 84-cü dəqiqədə Luis Diaz ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Hoffenhaym” – “Volfsburq” – 1:1

“Ayntraxt” – “Haydenhaym” – 1:0

“Borussiya Dortmund” – “Auqsburq” – 2:0

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
57
1
icma.az

2Источники