RU

"Fənərbaxça" futbolçuları təhdid edilir

style='margin-bottom:10px;'>

"Karagümrük"ə 0:2 hesablı gözlənilməz məğlubiyyətdən sonra "Fənərbaxça" klubunda gərginlik pik həddə çatıb.

QOL.az xəbər verir ki, "TRT Spor" nəşrinin yaydığı məlumata görə, çempionluq yarışında ağır zərbə alan "sarı-lacivərdlilər"in futbolçuları və onların ailə üzvləri matçdan dərhal sonra sistemli şəkildə kütləvi təhqir və təhdidlərlə üzləşiblər.

Bildirilir ki, oyunçuların və ailə üzvlərinin şəxsi telefonlarına ciddi məzmunlu hədə-qorxu mesajları göndərilib. Bununla bağlı klubun hüquq şöbəsi və futbolçuların vəkilləri bütün mesajları sənədləşdirməyə başlayıblar.

Qeyd edək ki, autsayder "Karagümrük"ə məğlubiyyət "Fənərbaxça"nın turnir cədvəlindəki mövqeyinə ciddi təsir edib və azarkeşlərin sərt etirazına səbəb olub.

Избранный
30
2
teleqraf.com

3Источники