“Hörmüz boğazı yalnız ABŞ, İsrail və onların müttəfiqləri üçün bağlıdır”.
Publika.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "MS Now" telekanalına müsahibəsində bildirib.
"Hörmüz boğazı açıqdır, o yalnız düşmənlərimizə, bizə və müttəfiqlərimizə hücum edənlərə məxsus olan tankerlər və gəmilər üçün bağlıdır", — deyə o qeyd edib.
Əraqçinin sözlərinə görə, İran "qana qan" prinsipini rəhbər tutaraq, ABŞ-ın zərbələrinə cavab olaraq Fars körfəzi ölkələrindəki obyektlərə hücum edir.
Bundan əvvəl İran hərbçilərinin Hörmüz boğazında bir gəmiyə zərbə endirdiyi məlum olmuşdu.