RU

ABŞ-da elektromobillərə maraq artıb

Benzin qiymətlərinin yüksəlməsi amerikalıları elektromobillərədaha çox maraq göstərməyə vadar edir

Bakı. Trend:

Yaxın Şərqdəki gərginlik nəticəsində ABŞ-da benzin qiymətlərininartması sakinlərin elektromobillərin alınmasını daha ciddi şəkildənəzərdən keçirməsinə səbəb olur.

Trend-in"Bloomberg"ə istinadən verdiyi məlumata görə, bunu bazargöstəriciləri və axtarış sorğularının statistikası təsdiqləyir.

Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, 14martda ABŞ-da benzinin orta qiyməti bir qallon üçün 3,70 dollartəşkil edib. Bir ay əvvəl bu rəqəm 2,90 dollar olub. "Bloomberg"inhesablamalarına görə, amerikalı sürücülər yalnız bu həftə yanacağaəlavə 1,65 milyard dollar xərcləyiblər.

Bir müddət davam edən satış azalmalarından sonraelektromobillərə maraq yenidən artmağa başlayıb. İrana qarşı hərbiəməliyyatların başlanmasından sonrakı ilk həftədə "CarEdge"platformasında elektromobillərə axtarış sorğularında 20 % artımqeydə alınıb.

"Ignition Dealer Services" konsaltinq şirkətinin baş direktoruStiven Seqelkin bildirir ki, ölkədə benzin qiyməti bir qallon üçün4 dollara çatdıqda elektromobillərə kütləvi keçid başlayabilər.

Hazırda Alyaska, Arizona, Vaşinqton, Nevada və Oreqonştatlarında yanacaq qiymətləri artıq bu səviyyəni ötüb,Kaliforniyada isə bir qallon 5,50 dollara yaxınlaşır.

Избранный
35
4
az.trend.az

5Источники