Xəbər verdiyimiz kimi, "Milyonların şousu" proqramının növbəti iştirakçılarından biri meyxanaçı Rüfət Nasosnu olub. Axşam.az-ın məlumatına görə, o, bu gün yarım qalan oyununu tamamlayıb. R.Nasosnu 13-cü sualda oyunu dayandırıb və şounu 8 min manat məbləğlə tərk edib.
"Mənim qazancım ürəyimin sevinci, bu güzəllik oldu. Təşəkkür edirəm" deyə, Rüfət sonda bildirib.
Tarix: 15 Mart 2026, 00:41