RU

Bloomberg:ABŞ‑İsrail–İran münaqişəsi zəhərli çirklənməni artırır

ABŞ‑İsrail–İran münaqişəsi zəhərli çirklənməni artırır və sağlamlığa uzunmüddətli təsir göstərə bilərMetbuat.az xəbər verir ki, məşhur maliyyə və informasiya agentliyi "Bloomberg" yeni məqaləsində ABŞ və İsrailin İran ərazisində həyata keçirdiyi hava zərbələrinin nəticəsində yaranan zəhərli çirklənmələrin havada uzun müddət qalacağı və insanların sağlamlığına onilliklər boyu təsir edəcəyini xəbər verib. Məqaləyə görə, münaqişə zonasında bomba nəticəsində partlayan yanacaq anbarları, neft məhsulları və digər infrastruktur obyektləri zəhərli tullantılar buraxır. Bu çirkləndiricilər atmosferə yayılaraq milyonlarla insanın sağlamlıq riskini artıra bilər və ətraf mühit üçün ciddi problemlər yarada bilər. Havaya qarışan bu təhlükəli maddələr təkcə yaxın gələcəkdə deyil, uzun illər boyunca nəfəs problemləri, xroniki xəstəliklər və ekoloji təsirlərlə nəticələnə biləcəyi barədə xəbərdarlıqlar verilir.

"Bloomberg" mənbəsi münaqişənin yalnız hərbi və siyasi deyil, həm də çevrə və insan sağlamlığı baxımından ciddi fəsadlar doğurduğunu vurğulayır.

Избранный
13
14
metbuat.az

10Источники