RU

Türkiyə İran raketlərinin marşrutunu açıqladı: Hədəf bura imiş

Türkiyə mediasında İran istiqamətindən atıldığı bildirilən raketlərlə bağlı diqqətçəkən məlumat yayılıb.

Musavat.com xəbər verir ki, “Star” qəzetinin məlumatına görə, İran rəsmiləri raketlərin onların tərəfindən atılmadığını iddia etsələr də, Türkiyə tərəfi raketlərin buraxıldığı yerləri və hərəkət marşrutunu müəyyən edə bilib.

Məlumata əsasən, ilk raket Tehranın şimal-şərqindən atılıb və İraq–Suriya–Hatay xəttini izləyərək Türkiyə istiqamətində hərəkət edib. İkinci raketin isə Tehranın qərbindən buraxıldığı və İraq–Batman–Qaziantep xətti üzrə uçduğu bildirilib.

Üçüncü raketin Tehranın şimal-qərbindən – yenə İraq üzərindən gəldiyi və Türkiyənin Osmaniye bölgəsi üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi qeyd olunur.

Türkiyə mediası iddia edir ki, SEPAH-ın nəzarətində olan bölgələrdən buraxıldığı ehtimal edilən bu raketlərin əsas hədəfi NATO-nun Adanada yerləşən İncirlik hərbi bazası olub. Eyni zamanda Tehran üçün ən böyük təhlükə kimi Türkiyənin Malatya vilayətində yerləşən Kürəcik radar stansiyası göstərilir.

Musavat.com

Избранный
66
musavat.com

1Источники