RU

Gecələr yemək istəyi nədən yaranır? Rusiyalı professor səbəbləri izah edir

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Əgər insan daimi yuxusuzluqla üzləşirsə, bu, hormonal balansın pozulmasına və nəticədə gecə iştahasının yaranmasına səbəb ola bilər".

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bunu rusiyalı professor, həkim Eduard Yaqupov deyib.

"Normal halda melatoninin (yuxu hormonu) pik səviyyəsi axşam və gecənin birinci yarısına təsadüf edir, sonra isə onun səviyyəsi tədricən azalır. Kortizol (stres hormonu) isə əksinə, güzgü effekti kimi davranmalıdır: gecə minimum səviyyədə olmalı, səhərə yaxın isə artmalıdır ki, orqanizmin oyanmasına və aktiv günə başlamasına kömək etsin.

Problemlər o zaman başlayır ki, insan vaxtında yuxuya getmir, gecə tez-tez oyanır və ya yuxuda apnoe (xoruldama) ilə əziyyət çəkir. Bu halda orqanizm gecəni stres kimi qəbul edir.

Əgər beyin yuxu zamanı narahatlıq və ya oksigen çatışmazlığı qeydə alırsa, təhlükə siqnalı işə düşür. Kortizol kəskin şəkildə yüksəlir - məhz minimum səviyyədə olmalı olduğu vaxt. Nəticədə melatonin və kortizol balansı pozulur, gecə iştahası artır, insulinə həssaslıq dəyişir, yağların parçalanması yavaşlayır və testosteron səviyyəsi azalır", - deyə alim bildirib.

Yuxusuzluğun digər nəticələri arasında arterial hipertenziya, metabolik sindrom, insulinrezistentlik və şəkərli diabetin inkişaf riskinin artması da göstərilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
71
oxu.az

1Источники