RU

İsmayıl Bəqai Almaniya Kanslerinin İrana çağırışını absurd adlandırıb

İranın Xarici İşlər Nazirliyi (XİN) Almaniya Kansleri Fridrix Mertsin müharibənin dayandırılması ilə bağlı Tehrana çağırışına münasibət bildirib.

"Report" xəbər verir ki, XİN-in sözçüsü İsmayıl Bəqai bu barədə "X"dəki hesabında yazıb.

"Almaniya Kansleri İranı müharibəni dayandırmağa çağırır, bu, absurddur" , - Bəqai bildirib. O, sual verib ki, hücuma məruz qalan ölkədən müharibəni dayandırmağı necə tələb etmək olar?

Onun fikrincə, Almaniya kimi ölkələr İranın bombalanmasına qarşı çıxan çağırışlar etməlidir:

"Bunun əvəzinə öz çağırışlarını iranlıların bombardman edilməsinə və qətlə yetirilməsinə görə məsuliyyət daşıyan ölkələrə niyə yönəltmir? Niyə ABŞ və İsrailin məsuliyyətə cəlb edilməsi tələb olunmur?".

Избранный
91
far.az

1Источники