RU

Ənvər Qarqaş: BƏƏ Yaxın Şərq böhranı üçün diplomatik həll yolu axtarır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) balanslı yanaşma göstərir və Yaxın Şərqdəki böhrana diplomatik həll yolu tapmağa çalışır.

"Report" xəbər verir ki, bunu BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş deyib.

O, Əmirliyin öz maraqlarını qorumaq hüququna malik olduğunu, eyni zamanda təmkinlilik nümayiş etdirməyə, İran və bütün region üçün böhrana həll yolu tapmağa çalışdıqlarını bildirib.

Qarqaş həmçinin qeyd edib ki, BƏƏ son ana qədər müharibənin başlamasının qarşısını almaq üçün Vaşinqton və Tehran arasında vasitəçilik etməyə çalışıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Избранный
84
far.az

1Источники